Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Suriya əməliyyatının gizlinləri açıldı: Rusiya obyektlərinə zərbə planı masada



Ağ Ev Suriyaya hava hücumunda 3 variant üzərində işləyib. Onlardan biri də ölkədəki Rusiya hərbi obyektlərinə birbaşa zərbə endirmək olub. 

Cebhe.info xəbər verir ki, bu barədə  “The Wall Street Journal” öz mənbəyinə istinadən yazıb. Mənbə bildirib ki, bu təklif prezident Donald Trampdan gəlib. 

Plana əsasən, Rusiya obyektlərinə zərbə prezident Bəşər Əsədin hərbi gücünü kifayət qədər azaldacaqdı. Ancaq Trampı bu addımdan çəkindiriblər. Belə ki, Pentaqon rəhbəri Ceyms Məətis Trampı inandırıb ki, bu, yaxşı variant deyil, çünki əks təqdirdə Rusiya buna birbaşa və qorxunc cavab verəcək. 

İkinci planda isə kimyəvi silah hazırlandığı ehtimal edilən hərbi obyektlərə zərbə endirilməsini nəzərdə tutulub. 

Üçüncü planda hərbi araşdırma mərkəzlərinin  vurulması hədəflənib. Tramp 3 variantdan "hibrid planı" seçib və hərbi obyektlərlə yanaşı araşdırma mərkəzləri vurulub.

Xatırladaq ki, Suriyaya hava zərbələri Britaniya, ABŞ və Fransa tərəfindən 14 aprel gecə saatlarında endirilib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений