Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sürücü yol polisini çəkə bilərmi? - Qalmaqallı qadağa QANUNDA YOX İMİŞ



Tural Yusifov: "Sürücü yol polisinin işinə mane olmadan çəkiliş aparıla bilər"

Bir müddət əvvəl sosial şəbəkələrdə və mediada Yol Patrul Xidmətinin (YPX) iki əməkdaşı ilə taksi sürücüsünün mübahisəsini əks etdirən videonun yayılmasından sonra xidmət aparan yol polislərinin çəkilişinin aparılmasının qadağan olunması məsələsi gündəmə gəldi. Bununla bağlı sosial şəbəkələrdə xeyli müzakirələr aparıldı, kimi Yol Patrul Xidmətini haqlı çıxartdı, kimisi də YPX əməkdaşlarının xidmətini vicdanla və dürüst apardığı təqdirdə çəkilişin aparılmasının niyə qadağan olunmasını anlaya bilmədiklərini bildirdilər.

Məsələyə münasibət bildirən "Avtostop" verilişinin aparıcısı Tural Yusifov İnzibati Xətalar Məcəlləsində belə bir bəndin mövcud olmadığını və "videoregistrator"dan istifadə edərək çəkilişin aparılmasının qadağan olunmadığını bildirdi. Onun sözlərinə görə, YPX əməkdaşının xidmətinə mane olmursa, istənilən sürücü çəkiliş apara bilər. Buna baxmayaraq istisna hallar da var:  

"Çəkilişdən istifadə edərək Yol Patrul Xidmətinin əməkdaşlarını şantaj edirsənsə, bu qadağandır. Polisin sürücü ilə mübahisəsini çəkirsən və yayımlayırsan ki, YPX əməkdaşı qanunu pozur. Amma sən bilmirsən axı mahiyyət nədən ibarətdir. YPX əməkdaşı qanunu pozur ya pozmur, bu sonradan bilinəcək məsələlərdir. Çəkib şantaj etmək, qarayaxmadan istifadə eləmək qadağandır. Çəkirəm "youtube-a verəcəm", o deməkdir ki, sən onun işinə mane olursan. Bu zaman yol polisinin ixtiyarı var ki, sürücünü 200 manata qədər cərimələsin".

E.Murad 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений