Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şüvəlanda ərəb ruzgarı? - Evləri bir-bir gəzirlər



Azərbaycana gələn ərəb turistlərinin hər il daha da artması Bakının ərəb ölkələrində kifayət qədər yaxşı təbliğ olunduğunu göstərir. Hətta əvvəllər Azərbaycana turist kimi gələn ərəblər indi burda biznes qurmaq fikrinə düşüblər. Belə ki, bəzi ərəblər Bakıda öz ofislərini açaraq ərəb ölkələrindən Azərbaycana turist gətirir, onların burada yerləşdirilməsi, turlarla gəzdirilməsini həyata keçirirlər. Bundan kifayət qədər maliyyə qazanan ərəblərin yaxın vaxtlarda Şüvəlanda sahilboyu böyük ərazidə istirahət zonaları salacaqları bildirilir. 

Bunu Cebhe.info-ya Şüvəlan sakinləri deyib. Ərazidə yaşayanlar bildirib ki, bu yaxınlarda bir qrup ərəb iş adamı gəlib onların yaşadığı əraziyə baxıb və burada yeni istirahət mərkəzi tikməklə bağlı qərar veriblər. Hələlik onlara kompensasiya ödənilməyib.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, bütün hallarda qoyulan investisiya Azərbaycanın xeyrinədir. Onun sözlərinə görə, hər bir yeni açılmış istirahət məkanı yeni iş yeri və böyük maliyyənin gəlməsidir: 

"Təkcə ərəblərin deyil, bütün qoyulmuş böyük investisiyalar iqtisadiyyatın inkişafı üçün zəruri olan bir amildir. Bu yeni iş yerləri, yeni otellərin açılmasıdır. Əgər 10 dənə otel tikiləcəksə kütləvi iş yeri də açılacaq. Bununla yanaşı ərəblər tək Bakıya deyil, bölgələrə də investisiya qoyuluşunda maraqlıdır".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений