Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Taksi şirkətləri müştərini yolda qoyur: Bakıda yeni "ənənə"



Bakıda taksi xidmətlərinin artması bu sahədə xidmətin keyfiyyətinin xeyli yüksəlməsinə səbəb olub. Əgər əvvəl taksi ilə harasa getmək üçün yol qırağına çıxmaq lazım idisə, indi evdə oturaraq, avtomabil sifariş edirsən və istədiyin ünvana çatırsan.

Taksi xidməti ilə məşğul olan şirkətlərin sayının artması digər tərəfdən rəqabət mühitində qiymətlərin ucuzlaşmasını şərtləndirib. 

Buna baxmayaraq, son zamanlar taksi xidmətlərdən şikayətlərin sayı artmaqdadır. Cebhe.info-nun məlumatına görə, sifarişçilər bəzi şirkətlərin sərnişinləri müxtəlif yollarla aldatdığını bildirirlər. 

Bu cür narazlıqlardan biri *5550 xidməti ilə bağlı səslənib. Sifariş edən şəxsə öncədən qiymətin 3 manat olduğu bildirilib. Mənzil başına çatanda isə sürücü 5 manat istəyib. Məsələni aydınlaşdırmaq istəyərkən, operatorun səhv etdiyi bildirilib. Zəng edən zaman operator “Üzürlü sayın, səhv etmişik” - deyib.

Bu və buna bənzər digər faktların başqa xidmətlərdə də baş verdiyi bildirilir. Xüsusilə, taksilərin gec gəlməsi ilə bağlı şikayətlər səslənir. Bir çox hallarda isə bu gecikmələr narazılığa səbəb olur. Belə ki, kimsə getdiyi ünvana tələsir, şirkət 10 dəqiqəyə maşın gələcəyini vəd etsə də, bəzən bu vaxt 1 saatadək uzanır.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений