Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Tale o qədər də qəddar deyil 



Göylərin ahəngi musiqiyə çox oxşardır. Fərq yalnız ondadır ki, göylərin ahəngi vəzinlidir və adətən uzun illər davam edir. Planetlərin hərəkəti səma ilə müşayiət olunur, musiqinin özü bizim həyatımız, musiqi alətləri və ifa edən isə biz və bizim daxili gücümüzdür. Beləliklə, biz bütün həyatımız boyu bu musiqinin sədası altında yaşayırıq, bu musiqi hərdən bizə darıxdırıcı, hərdən isə maraqlı və şən olur. Musiqi janrından asılı olmayaraq, müəyyən qanunlar üzərində qurulub. Hər bir musiqi janrı öz ahəng qanunlarına, ritminə əsasən təyin olunur. Bəzi musiqiləri biz birbaşa duyuruq, digərlərini isə qəbul edə bilmirik.

Günəş əsasən, iki ritmi müəyyən edir - gündəlik (səhər-günorta-axşam-gecə) və illik (yaz, yay, payız, qış). Ay öz növbəsində aylıq ritmi təyin edir - təzə çıxmış Ay, bütöv Ay, qabarma və çəkilmə. Yupiter onillik ritmi təyin edir, Yupiterin hərəkəti Günəşin aktivlik silsiləsinə səbəb olur. Saturn otuzillik ritmi üzərində qurulub. "Bas" notlar böyüklər planetləri təyin edir. Uran - 84 il, Neptun - 164 il, Pluton - 246 il. Asta ritimləri hiss etmək çox çətindir. Lakin hamısından çox "bas" ilə ahənglik sizin həyatınızın gedişatına təsir edir. Pozulmuş "bas" telləri bütün musiqini korlayır. Musiqinin ciddi qanunlara tabe olmasına baxmayaraq, ifaçı musiqini dəyişdirə bilər. Lakin bunu edəndə ahənglik qanununu pozmaq olmaz. 

Təcrübəli improvizator "musiqinin ahəngi" haqqında narahat olmur, musiqi öz-özünə axıb gedir. Məlum olduğu kimi, orkestr çalanda, yalnış notlar digərlərindən çox hiss edilir. Ahəngliyə nisbətən, ahəngsizlik tez nəzərə çarpır. Hər hansı problemi həll etmək həmişə məqsədə çatmaq deyil. Gözəl bir qıza ilk baxışdan vurulduqda çoxlu mənasız illəri itirə, qızın nifrətini qazana və ya onun sevənləri tərəfindən təzyiqə məruz qala bilərsiniz. Çoxlu pul yığmaq və bu məqsədlə maksimal gəlir əldə etmək sizi yalanın qurbanı edə bilər və hər şeyi itirərsiz. Eyni zamanda, risk etməmək və heç kimə etibar etməməklə siz öz pullarınızdan heç bir gəlir əldə edə bilməzsiz. 

Problemin həlli əsasən, problemə düzgün baxışda öz əksini tapır. Beləliklə, əgər siz təklikdə dincəlir və sizə səs-küylü kollektiv mane olursa, nə etməli? Onlarla mübahisə etmək və onları sakit olmağa çağırmaq mənasız olardı. Öz otağına çəkilmək və qulaqları tutmaq da çıxış yolu deyil. Hamısından yaxşısı kollektivdəki adamlarla tanış olmaq və onlara qoşulmaqdır, bu yolla siz heç bir narahatçılıq keçirməzsiniz. Necə deyərlər, ətrafınızı dəyişə bilmirsinizsə, ətrafa münasibətinizi dəyişin… Birisini sevirsinizsə və o, sizə diqqət yetirmirsə, onda ümidsizliyə düşmək, özünə qəsd etmək və ya çıxıb getmək lazım deyil. Bunun əvəzində, onu başa düşmək və onun ətrafındakı dostlarla tanış olmaq lazımdır. Və bu yolla da qızı əldə etmək olar. Problemdən çıxış yolu tapmaq üçün disharmoniya ilə yanaşı, harmoniyanı da görmək lazımdır.

Ahəngi duymaq qabiliyyəti onu deməyə əsas verir ki, tale o qədər də qəddar deyil. Belə ki, yüksək sürətli avtomobil yolunda kəskin döngələr olmur. Sadəcə, vaxtında münasib hərəkət zolağını seçmək lazımdır. Beləliklə göylərin ahəngini eşidən və tutan adamlar sərbəst qərar çıxarmaq qabiliyyətinə malikdir. Bu ahəngi duymağı bacarmayanlar həmişə taleyin qurbanı olurlar. Çində "Ayin mərasim" anlayışları, ilk növbədə göylərin vəzni, ahəngi ilə uzlaşan bir həyat deməkdir. Primitiv insanlar "Ayin mərasim"ləri rədd edir və öz mənafeyini güdürlər. Ali insanlar isə bütün planetləri, bürcləri və səma varlıqlarını qəbul edirlər. Belə insanlar hər bir vəziyyətdən çıxış yolu tapmağı bacarır və onların problemi olmur. Primitiv insanlar öz iradələrini aləmə yeritməyə çalışırlar və təbii varlıqları öz məqsədlərinə çatmaq üçün bir vasitə hesab edirlər. Nəticədə isə belə insanlar öz iradəsindən məhrum olurlar. 

Astrologiyanın ən sadə səviyyəsi primitiv insanları başa düşməkdir. Qoroskopu analiz edərkən, ilk növbədə başa düşmək lazımdır ki, hansı daxili qüvvələr var və onlar planetlərə, aspektlərə necə uyğun gəlir və onların üstünlüyü nədədir?! Aliliyin ilkin şərtləri öz problemlərini başa düşmək və daxili gücün əhəmiyyətini dərk etməkdir. Vəziyyət aydınlaşanda, intuisiya özü necə hərəkət etməyi bildirir. 

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений