Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Taleh Heydərov: "Qarabağ"ın hegemonluğuna son qoymaq üçün çalışırıq" MÜSAHİBƏ



"Qəbələ" Topaz Premyer Liqasının 13-cü turunda səfərdə "Kəpəz"ə qalib gəlib - 6:1.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "qırımızı-qaralar"ın prezidenti Taleh Heydərov jurnalistlərin suallarını cavablandırıb.
 
- Stadiona gələndə bu qədər asan qələbə qazanacağınızı gözləyirdiniz?
- Xeyr, gözləmirdik. Çünki ilk dövrədə Gəncə klubuna dogma meydanımızda 0:2 hesabı ilə yenilmişdik. “Kəpəz”in Premyer Liqada sonuncu pillədə olmasına baxmayaraq, bizim üçün vacib matçda belə asan olacağını gözləmirdik. Oyunçular yaxşı oynadılar və qalib gəldilər.
 
- “Qəbələ” liderlər qrupunda qərarlaşıb. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Məncə, yaxşı çıxış edirik. Bəzi oyunlar var ki, həmin qarşılaşmalarda xal itirməməli idik. Bəzən gözlənilmədən zəif komandalara ya uduzurq, ya da xal itirik. Ümumilikdə, yaxşıdır.
 
- “Qəbələ” bu mövsüm “Qarabağ”ın hegemonluğuna son qoya biləcək?
- Bunun üçün çalışırıq. “Qarabağ” əla komandadır və Çempionlar Liqasında mübarizə aparır. Onlar bu turnirdə yaxşı çıxış edirlər. Bizim üçün heç də asan olmayacaq. Amma əlimizdən gələni edəcəyik ki, çempion olaq.
 
- “Qəbələ”də maliyyə problemlərinin olduğu xəbərləri dolaşır. Bu şayiələrə münasibətiniz necədir?
- Bizdə heç bir problem yoxdur. Müəyyən vaxtlarda ola bilsin ki, gecikmələr olsun. Amma hər şey qaydasındadır.
 
- Qış fasiləsinə az qalıb. Transferlərlə bağlı baş məşqçi ilə söhbətiniz olub?
- Baş məşqçi yeni oyunçular istəsə, biz transferə hazırıq. Əlbəttə ki, büdcəmizə uyğun olmalıdır. Hər şey məşqçinin qərarıdır. Onun dediklərini edəcəyik.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений