Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

TANAP-dan qazanılacaq pul: “İslahatlara xərclənsin”



İyunun əvvəlində Azərbaycan təbii qazının Türkiyəyə, oradan da Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Ankarada Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən deyib. 

Maraqlıdır, TANAP-ın istifadəyə verilməsi Azərbaycanın gəlirlərinə necə təsir edəcək? 

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında qaz satışının Azərbaycan üçün aktual məsələ olmadığını deyib:

“Bu, onunla bağlıdır ki, əvvəl Azərbaycanın qaz ixracı çox cüzi idi, hətta 10 il əvvəl Rusiyadan qaz alırdı. Amma artıq Azərbaycan Bakı-Tiflis-Ərzurum kəmərilə ciddi qaz ixracatcısına çevrilib. İndi də TANAP vasitəsilə Avropanın daha geniş məkanına qaz satmaq imkanı olacaq. Təbii ki, satılacaq qazın həcmi ilə bağlı detallı məlumat vermək çətindir. Ancaq məlumdur ki, TANAP Azərbaycanın karbohidrogen gəlirlərinə ciddi şəkildə təsir edəcək. Hesab edirəm ki, neftdən gələn gəlirlər kimi qazdan gələn gəlirlərlə bağlı da mütəmadi olaraq cəmiyyətə məlumat verilməlidir. Bu gəlirlərin harada toplanması, aylıq, illik hesabatlarla bağlı açıqlamalar olmalıdır. Azərbaycan dövlət büdcəsinin 60 faizdən çoxu korbohidrogen məhsullarından gələn gəlirlər hesabına formalaşır. Qaz ixracının genişlənməsi hökumətin büdcə formalaşdırmasında, iqtisadiyyatın digər sahələrində manevr imkanlarını genişləndirəcək. Amma bu imkanların genişləndirmək potensialının olması hələ reallıq demək deyil”. 

Ekspert hesab edir ki, TANAP-dan gələn gəlirlər hökumətin iqtisadi islahatlarda manevr imkanlarını artıracaq:

“Yaxşı olardı ki, hökumət qazdan əldə etdiyi gəlirləri iqtisadi islahatlara yönəltsin. Sektorun inkişafına vəsait ayırsın. Bu gün həm neft, həm də qaz qiymətləri artmağa meyillidir. Hesab edirəm ki, bu ilin ikinci yarısında Azərbaycanın korbohidrogen gəlirləri daha da artacaq. Azərbaycan hökumətinin islahatlar istiqamətində manevr imkanları genişlənəcək. Əsas məsələ isə Azərbaycan hökumətinin bu deyillənləri reallaşdırmasıdır”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений