Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Tanınmış şair vəfat etdi - “Son vaxtlar hər şeydən uzaqlaşmışdı"



Bu gün xalq arasında Yetim Eyvaz kimi tanınan siyəzənli şair Eyvaz dünyasını dəyişib. 

Bu barədə cebhe.info-ya açıqlamasında  mərhum şairin yaxın dostu jurnalist Cəmil Məmmədli məlumat verib: “Dünən telefonla danışdıq. Milli Mətbuat günü münasibətilə məni təbrik də etdi. Dedi ki, gələcəm dənizə gedək. İndi eşitdim ki, vəfat edib. Sürücüsü Xaqani də bunu təsdiq etdi”. 

C. Məmmədli deyib ki, Yetim Eyvaz xəstə deyilmiş: “Nədən öldüyünü bilmirik. İçkini də tərgitmiş. Son vaxtlar hər şeydən uzaqlaşdmışdı. Təəccüm qalmışıq, sağlam adam idi”.
Hazırda şairin nəşi Siyəzən məscidindədir.

Aydın 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений