Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

TANIYAQ: Azərbaycanlı milyarderlər: Kimin nə qədər pulu var?



Milyonçuların, milyarderlərin həyatı, tutduqları mövqeyə necə gəlib çatmağı hər zaman insanlar üçün maraq doğurub. Dünya mətbuatında da zaman-zaman Yer kürəsinin ən varlı adamları ilə bağlı məqalələr dərc edilir. 

Varlı adamlar dünyanın təxminən 1 faizini təşkil edir. İndi özünüz düşünün, yer kürəsində milyardlarla insan yaşayır, lakin onlardan yalnız 1 faizi gözəl, lüks ömür sürmək şansına malikdir. 

Bəs görəsən, bu insanların yerdə qalan 99 faizdən fərqi nədədir? Əlbəttə ki, burada hər şeyi bəxtə, şansa, naxışa bağlamaq olmaz. Bu, həm də bacarıq, qabiliyyət, öz arzusu uğrunda israrla, inadla mübarizə aparmaq deməkdir. Yəqin ki, bir çoxlarınız milyarderlərin keçdiyi həyat yolunu əks etdirən xeyli sayda materialla qarşılaşmısınız. Yəni uğur birdən-birə öz ayağı ilə gəlib onları tapmayıb.

Yeri gəkmişkən, nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edir. Hazırda “Amazon.com”un bir səhminin dəyəri 1246 dollar təşkil edib. Şirkətin 79 mln. səhmi Ceff Bezosa məxsusdur.

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (93,3 milyard dollar), daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 87,2 mlrd. dollarla reytinqin üçüncü pilləsində qərarlaşıb.

Dünyanın ən zəngin dördüncü adamı “Facebook”un yaradıcısı Mark Zukerberq (77,5 mlrd. dollar) hesab edilib.

Beşliyi 76 mlrd. dollar sərvətə malik olan “Zara” brendinin sahibi Amansio Orteqa tamamlayır.

Təbii ki, azərbaycanlı oxucuya öz milyonçularımız, milyarderlərimiz maraqlıdır. Məlumdur ki, Azərbaycanda rəsmi milyonçu statusu daşıyan şəxs yoxdur. Ancaq xaricdə yaşayan bir neçə həmyerlimiz bu statusa sahibdir. Təbii ki, onların arasında rəsmi və qeyri-rəsmi milyonçu olanlar var. Qeyd etmək yerinə düşər ki, qeyri-rəsmi milyonçuların Azərbaycanda da olması ilə bağlı müəyyən fikirlər səslənir. Biz onları daha çox “oliqarx”, “iş adamı” stutusu ilə tanıyırıq. Rəsmi olaraq, milyonçu olmasalar da, qeyri-rəsmi olaraq milyonçulardan da varlı olduqları haqqında iddialar səslənir. 

Cebhe.info azərbaycanlı milyonçuların siyahısını təqdim edir:

- AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov;
- “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov;
- Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov;
- “Forbes” jurnalında adı olan  azərbaycanlı iş adamı və Putinin yaxın silahdaşı kimi tanınan İlham Rəhimov da azərbaycanlı milyarderlər sırasındadır;
- Araz Ağalarov Azərbaycan əsilli, rusiyalı iş adamıdır, “Crocus Group”un təsisçisidir. Milyarderin hazırda sərvəti, 18 milyard dollar həcmində qiymətləndirilir;
- Vahid Ələkbərov "Lukoil" şirkətinin rəhbəridir;
- Fərhad Əhmədov AZNAR şirkətinin rəhbəridir;
- Qod Nisanov  “Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir;
- Söyün Sadıqov İqtisad elmləri namizədi, biznesmen, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidentidir;

Sonda onu da əlavə edək ki, qeyri-leqal azərbaycanlı milyarderlərin sayı çoxdur.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений