Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tanklar sərhəddi keçdi, Afrinə desant çıxarıldı -SON DƏQİQƏ - FOTOLAR



Türkiyə Silahlı Qüvvələrinin Suriyada antiterror əməliyyatları davam edir.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, yanvarın 21-də quru qoşunları və xüsusi təyinatlı desant qüvvələri də Afrini PYD kürd terrorçularından azad etmək məqsədilə başladılan “Zeytun budağı” əməliyyatına qoşulub. Qeyd edək ki, əməliyyatın birinci günü türk qırıcıları terrorçuların  100-dən çox hərbi obyektinə zərbələr endirib. Məlumata görə, bu gün xüsusi təyinatlı desant qüvvələri iki nöqtədən sərhəddi keçib. Tanklar və digər ağır texnika Suriyaya ərazisinə daxil olub.

Quru qoşunları PYD terrorçularının möhkəmləndiyi mövqelərə artilleriya zərbələri endiriblər. Qeyd edək ki, Azad Suriya Ordusu da kürdlərə qarşı quru əməlliyyatlarına qoşulub.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada  əməliyyatların BMT qərarlarına, beynəlxalq konvensiyalara uyğun olduğu, Suriyanı ərazi bütövüyünə hörmət edilməklə icra olunduğu bildirilir.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений