Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tarixi sammitdə Qarabağa çarə? - Tramp Putinə nə deyəcək?



Yaxın günlərdə ABŞ və Rusiya liderlərinin görüşünün baş tutacağı gözlənilir. Artıq bu məlumat bütün dünyanın ən nüfuzlu media orqanlarının baş xəbərlərinə çevrilib. Hətta Vladimir Putin və Donald Tramp arasında hansı məsələlərin müzakirə olunacağı da bəllidir. Bəzi avropalı ekspertlər bununla bağlı öz proqnozlarını açıqlayaraq qeyd ediblər ki, əsasən  Suriya, Ukrayna, Krım və NATO ətrafındakı vəziyyəti müzakirə ediləcəyi gözlənilir. Tam əminliklə deyilməsə də, ehtimal olunur ki, liderlər Dağlı Qarabağ münaqişəsini də müzakirə edə bilər. 

Görüş qabağı analitiklər fikir yürüdərək bildirib ki, əslində ABŞ və Rusiyanın Qarabağ məsələsində mövqeləri az-çox məlumdur. Yəni avropalı analitiklərin fikirlərinə görə, Dağlıq qarabağ münaqişəsi ilə bağlı rəsmi Vaşinqton və Moskvanın cəhdləri ortaqdır. ABŞ tərəfinin mövqeyi isə olduğu kimi qalır. Yəni sözügedən münqaişə ilə bağlı prezident məsələyə şəxsən müdaxilə etmir. 

Avropalı ekspertlərin mülahizələri ilə həmfikir olan siyasi şərhçi Elşən Manafov hesab edir ki, ABŞ daha çox Ukrayna ilə bağlı problemin çözülməsində maraqlıdır. Onun sözlərinə görə, amma bu o demək deyil ki, Ağ Ev adminstrasiyası rəsmi Bakıya qarşı soyuq münasibətdədir:

"Donald Trampın bir neçə ay əvvəl İlham Əliyevin ünvanına göndərdiyi məktub göstərir ki, ABŞ Azərbaycanın bölgədəki rolunu, ən əsası da Avropadakı enerji təhlükəsizliyi məsələsində oynaya biləcəyi rola böyük əhəmiyyət verir. Bu mənada ABŞ əlbəttə Dağlıq Qarabağ probleminin çözülməsi üçün müəyyən zəruri təkliflər irəli sürə bilər. Halbuki ABŞ bölgədən çox uzaqdır və məlumdur ki, Suriya münaqişəsinin çözülməsində Rusiya ilk vaxtlarda ABŞ-a güzəştə getməmişdi. Ona görə də düşünmürəm ki, Vaşinqtonun cəhdləri olarsa belə Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə Rusiya ABŞ maraqları konteksində geri çəkiləcəyi inandırıcı təsir bağışlamır".

Dağlıq Qarabağ vəziyyətində olan konfliktlərin Rusiya kimi imperiya ambisiyaları ilə yaşayan dövlətlər üçün Cənubi Qafqazı nəzarət altında saxlamaq üçün mühüm vasitələrdən biri olduğunu deyən E.Manafov qeyd etdi ki, bu məntiqlə Kreml rəsmi Vaşinqtona güzəştə getməz: 

"Nəzərə aslaq ki, bir müddət əvvəl Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi, həmçinin hazırda Nikol Paşinyanın Qərbə meyl etməsi və Gürcüstanın NATO-ya inteqrasiyası ilə bağlı meyylər də ortadadır, üstəgəl Erməni iqtidarı da investisiyalar almaq üçün ABŞ-la münasibətlərə önəm verəcək güman edirəm ki, Rusiya Cənubi Qafqazda vəziyyətin onun xeyrinə dəyişəcəyini ehtimal edən münqaişə ilə bağlı məsələdə Vaşinqtona güzəştə getməz. Ona görə düşünürəm ki, Rusiya liderlərin görüşündə daha çox ona qarşı tətbiq edilən sanksiyaların yumşaldılması məsələsini müzakirə edəcək və buna nail olmağa çalışacaq. Təbii ki, ABŞ-ın Yaxın və Orta Şərqdə müəyyən maraqlarının nəzərə alması ilə Rusiyanın da kompramisə gedəcəyi istisna deyil".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений