Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Teatrlar və konsert zalları yeni mövsümə başlayır



Artıq yeni mövsüm başlayır.

Bu da o deməkdir ki, teatr və bir sıra mədəniyyət ocaqlarında, həmçinin konsert zallarında tədbirlərin keçirilməsinə start veriləcək.

Cebhe.info xəbər verir ki, Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə teatr və konsert müəssislərinin yeni mövsümdə fəaliyyətinə həsr olunmuş görüş keçirilib. 

Görüşdə nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, teatr və konsert müəssisələrinin direktorları, baş rejissorlar və digər məsul əməkdaşlar iştirak edib.

Nazir müavini tədbirdə son illər ölkəmizdə mədəniyyət ocaqlarının, teatr və konsert müəssilərinin inkişafı istiqamətində atılan addımlardan danışıb. 

Bildirib ki, son 10 il ərzində Azərbaycanda mədəniyyət sahəsinin inkişafı istiqamətində böyük işlər görülüb. 2006-cı ildə Azərbaycanda teatr haqqında qanun qəbul olunub. 2007-ci ildə prezident İlham Əliyev tərəfindən Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalanıb. O cümlədən, 2009-cu ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan teatrının inkişafıyla bağlı Dövlət proqramı təsdiq olunub.

Tədbirdə teatr və konsert müəssələrinin əldə etdikləri nailiyyətlər, işdə yol verilən nöqsanlardan da söz açılıb. 

Qeyd olunub ki, həyata keçirilən uğurlu işlər davam etdirilməli, yol verilən nöqsanlar isə bir daha təkrarlanmamalıdır.

Ədalət Vəliyev yeni mövsümün açılışı ərəfəsində teatr-konsert müəssələrinin əməkdaşlarına tapşırıq və tövsiyələrini verərək, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений