Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təbriz küçəsində evlər sökülür - SƏBƏB



Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 10-da söküntü işləri başlanılır.

Buna səbəb kimi həmin ərazinin istismara uyğun olmaması göstərilir. 37 saylı MKİS-in rəisi Elxan Abdullayevin bildiriş olaraq, ərazi sakinlərinə göndərdiyi məktubda bunlar qeyd olunub. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” dövlət layihə institutu tərəfindən verilmiş aktın və qanunvericiliyin tələbi kimi həmin ərazilərdə mülkiyyətdə olan yaşayış evlərinin istismarı dərhal dayandırılmalıdır. 

Qeyd olunur ki, AR Nazirlər Kabinetinin 25 fevral, 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısınının 12 dekabr, 2016-cı il tarixli, 430 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması “İnteks” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib. 

Nərimanov rayon bələdiyyəsindən də yayılan məlumat təsdiqini tapıb. Bildirilib ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün həmin məhəllədəki həyət evləri sökülərək, əvəzində 7 mərtəbəli tikili ilə əvəzlənəcək: “Bu söküntü işləri bələdiyyənin nəzarətində deyil. Dövlət nəzarətində olan bir məsələdir. Artıq bir aydır ki, söküntü işləri başlanılıb”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений