Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açmaq niyyətindədir



"Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açacaq". APA-nın Tehran bürosunun məlumatına görə,  bunu İranın Şərqi Azərbaycan əyaləti üzrə  Azad İslam Universitetin rektoru Əziz Cavanpur  bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ə. Cavanpur universitetin İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə bu haqda danışıqlar apardığını bildirib: “Universitet müxtəlif ixtisaslar, xüsusi ilə tibb ixtisasları üzrə  tələbələr qəbul edəcək”.

Qeyd edək ki,  Azad İslam Universiteti  İranın ən böyük  universitetlərindən biridir. Universitet 2003-cü ildə  İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən təsis olunub.

Universitetin rektoru  Fərhad Rəhbər və rəyasət heyətinin sədri Əli Əkbər Vilayətidir. Azad İslam Universitetin İngiltərə, BƏƏ, Livan və Əfqanıstanda filialları fəaliyyət göstərir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений