Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təhsil naziri kim olsun? - Misir Mərdanovdan AÇIQLAMA



Dekabrın 5-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad edilərək, vergilər naziri postuna təyin olunub. Təhsil naziri vəzifəsini isə Mikayıl Cabbarovun birinci müavini olmuş Ceyhun Bayramov icra edir. 

Bugünədək ən çox təhsil naziri vəzifəni icra etmiş şəxs Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnistitutunun direktoru Misir Mərdanov olub. 

Maraqlıdır, bu dəyişikliklər sabiq nazir tərəfindən necə qarşılanıb?

Cebhe.info Misir Mərdanovun fikirlərini öyrənib:

“Çox adam zəng edir, soruşur. Bu məsələ cənab prezidentin səlahiyyətindədir. Kim bu vəzifəyə təyin olunacaqsa, Allah xeyrli etsin. 15 il işləyib, işimi bitirmişəm. Başqa bir şey soruşmayın”. 

Sizə görə bu posta namizəd ola biləcək bir şəxs varmı, sualına sabiq nazirin cavabı belə olub: “Kiməm ki, kimsə ürəyimdən keçsin?”

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений