Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təhsil Nazirliyindən Aqil Abbasa cavab verildi



Tədris ilinin yarım ay uzadılaraq iyun ayının 15-nə kimi davam etməsi ilə bağlı qərarın verilməsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq müzakirələr hələ də davam edir. 

Bu məsələ ilə bağlı növbəti etiraz millət vəkili tərəfindən səslənib. Millət vəkili Aqil Abbas Milli Məclisin dünən keçirilən növbədənkənar plenar iclasında deyib: 

“Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Tədris iyunun 15-də başa çatır. Uşaqları belə yükləmək olmaz. Birinci sinifə gedən uşağı çantasının ağırlığı 6-8 kiloqramdır. Bunlar ağırlıq qaldıran yetişdirəcəklər? Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə Cebhe.info-ya açıqlamasında bildirib ki, bu məsələ artıq müəyyən olunub: 

“Tədrisi ilinin vaxtının dəyişdirilməsi məsələsi müzakirə olunmur”. 

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений