Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Telefonlara da rüsum gəlir: "Ümid edirəm Prezident bu dəyişikliyə imza atmayacaq” – EKSPERT



“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilib və bununla da şəxsi məqsədlər üçün ölkəyə daxil olan mobil cihazlara ( mobil telefon , planşet və s) rüsum tətbiq edilib. Buna səbəb olaraq şəxsi məqsədlər üçün gətirilən mobil telefonların sonradan ayrı-ayrı şəxslərə satılması olub.

Cebhe.info-ya açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib ki, bu, heç bir halda doğru yanaşma deyil:

“Təəssüf edirəm ki, uzun illər qanun istehsalı ilə məşğul olanlar bu dəfə də problemin ən asan həll yolunu seçiblər. Özü də heç bir ictimai müzakirə, heç bir araşdırma aparmadan bir anda qanun qəbul etmək yolunu seçiblər. Ümumiyyətlə, ictimai müzakirələrin təşkili, ictimai iştirakçılıq, müstəqil ekspertlərlə əməkdaşlıq baxımından indiki tərkib Milli Məclis qədər konservativ mövqe sərgiləyən olmayıb. 

Əlbəttə, daxili bazarda belə bir problemin olması heç kimə sirr deyil.

Lakin on minlərlə, yüz minlərlə vətəndaş var ki, onlar məhz şəxsi məqsədlər üçün gətirirlər. Bu reallıqdır. Belə olan halda onlar nə üçün qanunu pozanların güdazına getməlidir? Nə üçün bir anda yüz minlərlə istehlakçının hüququ tapdanmalıdır? 

Bu, necə baş verə bilər axı? Daxili istehsalın da olmadığı bir halda bu hansı məntiqə sığır?”

Ekspert qeyd edib ki, bu cür hallarda daha effektiv və şəxsi məqsədlər üçün gətirilmə intervalında dəyişiklik etmək olardı: 

“Yeri gəlmişkən, onsuz da 2011-ci ildən bizdə mobil telefonların daha bir qeydiyyatı qaydaları tətbiq olunurdu və bu ödənişli idi.Yəni, xaricdə 100 manata telefon alan vətəndaş ölkəyə gələndə 5 manat 1-ci qeydiyyat üçün və güman ki, bir 5 manat da 2-ci qeydiyyat üçün ödəməli olacaq. Bunu Azərbaycanın indiki inkişaf səviyyəsinə yaraşmayan bir situasiya kimi hesab edirəm. Qeyd edim ki, istehlakçıların hüquqlarını müdafiə edəcək dövlət qurumu da hələlik formalaşmayıb. Ümid edirəm Prezident bu dəyişikliyə imza atmayacaq”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений