Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Tənqidçilərin 10-dan 9-nu qəbul etmirəm, qalan o 1 nəfəri isə..." - XANIM ƏDƏBİYYATŞÜNAS



AMEA tənqidçilərinin 10-dan 9-nu qəbul etmirəm, qalan o 1 nəfərin isə yazdıqlarının 99 faizini su hesab edirəm…”

Cebhe.info xəbər verir ki, bunu ədəbiyyatşünas İradə Musayeva deyib. Onun sözlərinə görə AMEA tənqidçilərinin çoxu ədəbiyyatı bilmir: 

“Bəlkə inanmazsınız? Ədəbiyyat ruhu və duyumu, ədəbi dəyərləndirmə istedadı olmayan professor və akademisyonlar bir-iki dünya nəzəriyyəçisinin bir-iki sitatı ilə söhbətin başını və ayağını bağlayıb özünü müəllim kimi aparır. Həm də çox paxıl və məkrlidir çoxu... Onlar elə düşünür ki, kiminsə varlığı kiminsə yoxluğunu sübut edəcək... İşinizdə olun, onsuz da meyarlar itib. Azərbaycan ədəbi tənqidinə ilk növbədə Azərbaycan dilini öyrətmək və Azarbaycanca normal yazmağı anlatmaq lazımdır”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений