Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Təranə Qumralla Cabbar Musayev efirdə dalaşdı



Cabbar Musayevlə Təranə Qumral arasındakı qalmaqal yenidən alovlanmaqdadır.

Belə ki, Cebhe.info-nun məlumatına görə, əməkdar artist Könül Kərimova ilə duet ortağı Cabbar Musayev “Hər şey daxil” verilişinin qonağı olub. 

Sevil və Sevinc basılarının aparıcılığı ilə təqdim olunan verilişdə C.Musayev prodüser Tarix Əliyevin (Tolik) “Təranə Qumral Musa Musayevin yanında olmasa, Musa yaddan çıxar. Onu gündəmdə saxlayan onun xanımı, həm də piar meneceridir” -sözlərinə münasibət bildirib.

“Bu gün onlar həyatda varsa, “Musayev” soyadına görədir”, - deyə C.Musayev bildirib. Daha sonra verilişə zəng vuran Təranə Qumral C.Musayevə etirazını bildirib:

“Görürsünüz, qalmaqalı özünüz yaradırsınız. Mənim olmadığım yerdə söhbətim gedir. Guya Musayev soyadına görə məşhurlaşmışam. Mən Musayeva yox, Təranə Qumralam”. 

Verilişin aparıcıları Sevil-Sevinc bacıları isə Qumralın ittihamlarına “Biz təkcə sizdən danışmırdıq. Amma verilişə zəng edib reklam qazanmaq istəyən siz oldunuz. Ona görə də xahiş edirik, danışarkən sözlərinizə mütləq diqqət edin”, - deyə etiraz ediblər.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений