Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Tərcüməçi-yazar: “Nizaminin məzarı, məqbərəsi də bizdədir, amma dünya yenə onu İran şairi sayır”



“Nizami Gəncəvi haqda kiçik araşdırma apardım. “Vikipediya”da Azərbaycan dilindən başqa bütün dillərdə onu İran (fars, pers) şairi kimi qələmə verirlər”.

Cebhe.info xəbər verir ki, bunu tərcüməçi-yazar Nadir Qocabəyli deyib.

“Lakin maraqlıdır ki, bütün dillərdə olan materiallar Nizaminin 1940-ci ildə Azərbaycan rəssamı Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portreti ilə verilib, hətta fars dilində olan material da bu portretlə verilib. “Nizami bizimdir” deyənlər onun bir portretini belə çəkməyiblər və hər yerdə Azərbaycan rəssamının çəkdiyi portretdən istifadə olunub. Yəqin ki, Nizaminin Bakıdakı heykəli qədər möhtəşəm heykəl də heç yerdə yoxdur.

Heç Azərbaycandan başqa heç bir ölkədə onun adına muzey, kinoteatr, metro stansiyası, rayon da yoxdur. Nizami haqqında filmi də biz çəkmişik, romanları, dramları, poemaları, əsərləri əsasında operaları, simfoniyaları, suitaları, oratoriyaları, baletləri də biz yazmışıq. Onun bütün ömrü boyu yaşadığı şəhər Gəncə də bizdədir. Onun məzarı, məqbərəsi də buradadır, amma dünya yenə onu İran şairi sayır, təkcə fars dilində yazdığına görə”, - deyə N.Qocabəyli qeyd edib. 

Mənsur 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений