Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi



Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, hadisə ötən gün rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsində qeydə alınıb.

Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işləri davam etdirilir.

Yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya üçün nümunələr götürülüb. Araşdırmalara başlanılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений