Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təxribat cəhdi: Arxasında kim var?



Avropada yaşayan azərbaycanlı hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarının təhqir edilməsi barədə iddialar müzakirə edilir. 

“Cümhuriyət” qəzeti xəbər verir ki, sosial şəbəkələr və bir sıra xəbər portallarında yayılmış videogörüntülərdə hüquq müdafiəçisinin atasının məzarının təhqir edildiyi iddia edilir. Məlum xəbərlərdə bildirilir ki, guya bir qrup şəxs Vidadi İsgəndərlinin atasının məzarını murdarlamaq üçün Bakıdan Göyçaya gedib. Videonun sosial şəbəkələrdə yayılmasının hüquq müdafiəçisinin yaxınlarının da narazılığına səbəb olduğu diqqətə çatdırılır. Göyçay Ziyalılar Birliyi hadisə ilə əlaqədar bəyanat verib. 

Təxribat cəhdləri

Videogörüntülərin bir sıra xəbər saytları tərəfindən tirajlanması sosial şəbəkələrdə bir qrup şəxsin narazılığına səbəb olub. 

Hadisənin baş verdiyi yerdə aparılan polis və jurnalist araşdırmasından sonra yayılan xəbərlərdə isə bildirilir ki, məzar Vidadi İsgəndərlinin atasının deyil. Bununla belə, istənilən məzarın təhqir edilməsi yolverilməzdir və əgər kimsə bu hərəkəti başqa bir məzarla bağlı edib, həmin məzarın V.İsgəndərlinin atasına məxsusluğunu iddia edirsə, bu özü də narahatlıq dolu məqamlardan xəbər verir.  

Təhlükəsizlik üzrə ekspertlər hadisənin təxribat cəhdi olduğunu bildirir. Bu addımı atan şəxslərin, sosial şəbəkələrdə onların müdafiəsinə yönəlik kampaniyanı təşkil edənlərin xarici kəşfiyyat orqanlarına və radikal qruplaşmalara mənsubluğu da müzakirə mövzusudur. Ölkədə keçiriləcək prezident seçkilərinə az vaxt qaldığı məqamda bu olayın baş verməsi o ehtimalı da qüvvətləndirir ki, xüsusilə də bölgələrdə vəziyyəti qarışdırmaqda maraqlı olan qüvvələr var. Həmin daxili qüvvələrin xarici dairələrlə əlaqələndirilməsi barədə ehtimallar hələlik araşdırma mövzusu olsa da, hələ bir müddət əvvəl seçkilərə kənar müdaxilələrin olacağı və xarici təxribatçı qüvvələrin bunun üçün yerli qüvvələrdən istifadə edəcəkləri cəmiyyətə eşitdirilmişdi.

Daha öncəki təxribatı

Xatırladaq ki, Göyçaydan əvvəl Masallı rayonu ilə bağlı bunaoxşar olay baş vermişdi. Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks olunmuşdu. Məsələnin gündəmə gəlməsi haqlı narazılıq yaratdı, müzakirə edildi, qısa müddətdə Daxili İşlər Nazirliyi hadisəyə müdaxilə edərək yarana biləcək gərginliyin qarşısını vaxtında aldı. Olaylda adı keçən polis əməkdaşı Rəşad Əhmədov daxili işlər orqanlarından xaric edildi.

Məsələnin həlli ilə əlaqədar atılan addımlar həm narazılığı ortadan qaldırdı, həm də bu hadisə ətrafında gərginlik yaratmaqla təxribata səy göstərənlərin cəhdlərinin qarşısını aldı. Təhlükəsizlik üzrə ekspertlər Göyçay təxribatında əli olanların dərhal cəzalandırılmasının indiki halda dövlətin təhlükəsizliyi üçün zəruri hesab edirlər. Hesab etmək olar ki, həmin şəxslərin cəzalandırılması bu addımın təxribat məqsədi ilə atıldığı ehtimalını təsdiq edəcək. Digər tərəfədn, əgər hadisə həqiqətən baş veribsə, onu edənlər cəzalandırılmalı olduğu kimi, bu olaydan öz çirkin məqsədləri üçün istifadəyə cəhd edənlərə də imkan verilməməlidir. Hər iki qrup ölkə üçün təhlükə mənbəyidir və məqsədləri məhz təxribat yaratmaq cəhdidir. 

“Məzar Vidadi İsgəndərlinin atasının deyil”

“Yeddi Dövlət - Bir Millət” Konseyinin başqanı Azər Həsrət hesab edir ki, videogörüntülər saxtadır və heç bir həqiqəti əks etdirmir. O, bunun təxribat cəhdi olduğunu istisna etməyib:

“Görüntülərə baxdım, qurama olduğunu dərhal anladım. Sadəcə bir şey diqqətimi çəkdi: bunu hakimiyyətin adından edirlər və şiddətlə vurğulayırlar. Guya ki, bu yolla hakimiyyətin Vidadi İsgəndərliyə qarşı qisasçılıq etdiyi görüntüsü yaradırlar. Bəzi dostlarımız məsələyə bir balaca aydınlıq gətirməyə yardımçı olublar. Görünən məzar heç də Vidadi İsgəndərlinin atasının deyilmiş. Digər tərəfdən, ağlı başında olan heç bir adam bu cür rəzil yola əl atmaz. Amma ortada videogörüntü varsa, biz də aydınlıq gətirilməsini istərdik. Şəxsən mən düşünürəm ki, bu video radikalların təxribatıdır. Azərbaycanlı psixologiyasının bu əməli süngüylə qarşılayacağını təxmin etdiklərindən bu rəzil yola əl atıb məsuliyyəti hakimiyyətə yükləməyə çalışırlar”. 

Mənsur
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений