Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Tikintidə işləyənlərin çoxu 300 manatdan da az maaş alır



2017-ci ilin yanvar-mart aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil edib, onların 40,4 min nəfəri binaların tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.

Cebhe.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, işçilərin 30,2 faizi dövlət, 69,8 faizi is' qeyri-dövlət tikinti müəssisələrində məşğul olub. Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 835,4 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 970,8 manat, dövlət sektorunda isə 526,7 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı binaların tikintisində işləyənlər üzrə 15,7 faiz, mülki təyinatlı inşaat işlərində çalışanlar üzrə 5,9 faiz artmış, ixtisaslaşdırılmış tikinti işlərində çalışanlar üzrə isə 14,4 faiz azalıb. Tikinti müəssisələrinin 60,1 faizində işçilərin orta aylıq nominal əmək haqqı 300 manatdan aşağı, 29,6 faizində 301-600 manat, 3,5 faizində 601-900 manat, 6,8 faizində isə 900 manatdan yüksək olub. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений