Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Toppuş bacı" şikayətləndi: "Məni işə götürmürlər"



Əməkdar artist, “Toppuş bacı” ləqəbli aktrisa Tünzalə Əliyeva işsizlikdən gileylənib.

Cebhe.info xəbər verir ki, aktrisa "Səhər-səhər" proqramının qonağı olan T.Əliyeva bildirib ki, ona uyğun tamaşa yoxdur:

“Aktyor mütləq teatrda çalışmalıdır. Çox istəyərdim ki, teatrda işləyim. Amma mənə uyğun rol tapılmır. Məni heç bir teatrda işə götürmürlər, onlara lazım deyiləm. Bir neçə teatra müraciət etdim. Cavab verdilər ki, “Get gözlə, hələ tamaşa yoxdur. Sənə uyğun obraz olanda çağırarıq. Hələ xəbər etməyiblər”.

T.Əliyeva İrəvan Dövlət Azərbaycan Dram Teatrından öz ərizəsi ilə çıxdığını deyib:

“İşlərim çox idi. Məşqlərə çatmırdım. Aktyorlar saatlarla məni gözləyirdilər. Məsuliyyətsizliyi sevmirəm. Ona görə də öz ərizəmlə getdim. Həmin gündən o teatrın qapısından içəri girmirəm”.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений