Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tovuzda yeniyetmə avtomobil ilə qəza törədib, 3 nəfər xəsarət alıb



Tovuzda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

Tovuz şəhərində yeniyetmə - 2001-ci il təvəllüdlü Məmmədov Ravil Natiq oğlu valideyninə məxsus avtomobili idarə edən zaman idarəetməni itirib və avtomobil başqa bir minik avtomobili ilə toqquşub. Qəza zamanı 3 nəfər Əlibəyli kənd sakini - 1982-cil il təvəllüdlü Gülməmmədov İlqar Əmirxan oğlu, 1972-ci il təvəllüdlü  Qurbanova Mahirə Ənvər qızı və 1961-ci Mehdiyeva Surəyya Ənvər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Diaqnostika Mərkəzinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений