Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Toy hədiyyəsi olan bomba partladı - Bəy öldü, gəlin isə...



Hindistanın Odişa ştatında yeni evlənmiş cütlüyə bomba hədiyyə olunub. 

Cebhe.info xəbər verir ki, toydan bir neçə gün sonra, ər və arvad qonaqların mərasimə gətirdikləri hədiyyələri açdığı vaxtda bombanın partlaması nəticəsində ağır xəsarət alıblar.

Hədiyyələrdən biri kişinin əlində partlayıb. Ağır yaralanmış cütlük xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, yaraları ağır olan bəy xəstəxanada dünyasını dəyişib, qadın reanimasiyada qalmaqda davam edir. Bundan başqa, partlayış nəticəsində kişinin nənəsi də həlak olub.

Qeyd edək ki, polis bombanı kimin və nədən hazırladığını araşdırır.

Məcid
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений