Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Traktor avtomobillə toqquşdu - Sürücülər xəstəxanaya yerləşdirildi



Ağdaş rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Report.az xəbər verir ki, hadisə rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdaş sakini Şahin Dünyamin oğlu Ağalarovun idarə etdiyi " VAZ - 21015” markalı avtomobil rayonun Kotavan kənd sakni Samir Seyidağa oğlu Zakirovun idarə etdiyi "Belarus” markalı qoşqulu traktorla toqquşub.

Hadisə nəticəsində hər iki sürücü yüngül xəsarət alıb. "VAZ -21015” markalı avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений