Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Tramp: “Nüvə sazişi ilə bağlı nə edəcəyimizi  görəcəksiniz”



ABŞ prezidenti Donald Tramp sentyabrın 18-də Nyu-Yorka səfər edən İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb danışıqlar apardıqdan sonra jurnalistlərə açıqlamasında ölkəsinin Qərblə İran arasında imzalanmış nüvə sazişi ilə bağlı mövqeyindən danışıb.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərdən birinin ona verdiyi “Sizin İranla bağlanmış nüvə sazişini qorumaq fikriniz varmı” sualını cavablandıran Tramp bildirib ki, 5+1 qrupunun İranla imzaladığı bu razılaşma tarixin ən pis sazişdir və Amerika hökuməti məsələyə yenidən baxmaq niyyətindədir: “Nüvə sazişi ilə bağlı nə edəcəyimizi tezliklə görəcəksiniz”.

Tramp, Amerika hökumətinin həmin sazişlə bağlı hansı qərarı qəbul edəcəyini açıqlamasa da, təxmin edilir ki, o, İranın bu sazişə sadiq qalıb-qalmaması ilə bağlı oktyabr ayında ABŞ Konqresinə verəcəyi hesabatdan sonra Amerikanın bu sazişdə qalıb-qalmayacağı haqda qərar verəcək.

Müşfiq

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений