Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tramp azadlığını istəmişdi: Prokuror ömürlük həbs istədi   



Türkiyədə davam edən FETÖ əməliyyatları çərçivəndə  saxlanan amerikalı rahib Andrey Craig Brunsonun azadlığı tələb edilsə də, ona ömürlük həbs cəzası tələb edilib.

Cebhe.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp prezident Ərdoğanla görüşündə rahibin sərbəst buraxılmasını istəmiş. Ancaq ötən müddət ərzində rahib nəinki sərbəst buraxılmayıb, əskinə ona ömürlük həbs cəzası tələb edilib. 

20 ildir həyat yodaşı Norin Brunsonla birlikdə Türkiyədə yaşayan rahib 2016-cı ilin sentyabrında əvvəlcə İzmir Köç İdarəsinə təhvil verilib və yaşamaq icazələri dondurulub. Onun ölkədən deportasiyası gözlənilsə də, FETÖ araşdırması çərçivəsində həbsinə qərar verilib. 

Məlumatlara görə, rahib FETÖ imamları ilə tez-tez görüşüb və onlara bəzi təlimatlar verib. 

1,5 il davam edən araşdırmadan sonra barəsində ittiham aktı hazırlanan rahibə ömürlük həbs istənilir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений