Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tramp bəribaşdan pul yığır - Amerikada bir ilk



Amerika prezidenti Donald Tramp 2020-ci ildəki seçkiyə hazırlaşır. Dövlət başçısı artıq bu məqsədlə 28 milyon dollar toplayıb.

Yeni kampaniyaya sərf ediləcək vəsait  "Amerikanı daha güclü edək" devizi altında fəaliyyət göstərən Fond tərəfindən yığılır.

Fondun açıqlamasında bildirilir ki, bu ilin birinci rübündə qurumun hesabına 10 milyon dollar daxil olub. Ötən ilin nəticələrinə görə, hesabda 22 milyon dollar olub ki, onun də 3,9 milyonu xərclərə çıxıb.

Təkcə seçicilərə Trampın fonduna ianə ödəməyə çağırış məktublarının göndərilməsinə 2,2 milyon dollar xərclənib.

Tramp digər Amerika prezidentlərindən fərqli olaraq fonda ianə toplanması ilə bağlı ərizəni andiçmə günü, yəni 2017-ci il 20 yanvarında təqdim edib. Bu, Amerika tarixində ilkdir. Digər prezidentlər növbəti dönəmdə seçki kampaniyasına ianə toplamağa səlahiyyət müddətləri başa çatmağa az qalmış başlayıblar.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений