Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Tramp blef edir" - POLİTOLOQ



Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib.

Cəbhə. info xəbər verir ki,  bunu şərh verən AXCP sədrinin müavini,  politoloq Məhəmməd Əsədullazadə deyib hər iki şəxsin xarici siyasətdə fikirlərinin üst-üstə düşmədiyini deyib:

"Həm də Tillerson dövlət katibi postuna uyğun şəxs deyildi və bunu özü də yaxşı bilirdi. Çünki siyasi diplomatiyadan uzaq olan bir şəxs ABŞ kimi dünya jandarmı rolunu həyata keçirən  ölkənin xarici siyasətini yürüdə bilməzdi. Onun xarici səfərlərinə fikir verdikdə, əsasən yorğun və həvəsiz görüntüsü aydın sezilirdi. 

Tramp qeyd edir ki, Tillersonu İranla bağlı mövqeyinə görə işdən çıxarıb.

Qeyd edim ki, Tramp bu sözü ilə blef edir. Sadəcə, İran məsələsini gündəmə gətirməklə öz komandasında davam edən qeyri-müəyyənliyi strateji siyasətə bağlayır. Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Pompeonun dövlət katibi kimi fəaliyyəti ABŞ-ın xarici siyasətində ciddi dönüş yarada biləcək".

Alçina Amilqızı 
Cebhe. info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений