Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Tramp Ərdoğandan FETÖ-çü keşişi istəyib



Xəbər verdiyimiz kimi dünən ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdən sonra isə "CNN International" telekanalı qəribə iddia ilə çıxış edib. 

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, telekanalın iddiasına görə, Tramp Ərdoğandan Türkiyədə həbsdə olan keşişin azad olunmasını tələb edib. 

Keşiş Endryu Branson noyabr ayından bu yana FETÖ istintaqı çərçivəsində Türkiyədə məhbus həyatı yaşayır. ABŞ mətbuatındakı xəbərə görə, məsələ heyətlərarası görüşdə gündəmə gəlib. 

Bransonla bağlı məsələni Tramp daha sonra vitse-prezident Mayk Pens danışıb. Ağ Evdən verilən açıqlamada Trampın keşiş Bransonun sərbəst buraxılmasını 3 dəfə tələb etdiyi və ABŞ-a ekstradisiyasını istədiyini bildirilib. 

Ərdoğanla görüşdən əvvəl Trampla görüşən keşişin vəkili Cey Sekulov da demişdi ki, Tramp keşişin azad edilməsi məsələsində ona söz verib. 

Qeyd edək ki, protestant camaatına aid İzmir Dirçəliş Kilsəsinin pastoru Endryu Kreyq Branson FETÖ üzvlüyü iddiasıyla həbs olunub. 

Məcid Həsənli 
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений