Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Tramp Ərdoğanı çətin vəziyyətə salıb



“ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanı Ağ Evdə qəbul etməyə hazırlaşarkən qonağını pərt vəziyyətdə qoydu”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə Tramp administrasiyası Suriyadakı silahlı kürdlərə ağır silahlar verəcəyini açıqladı: 

“Tramp Ərdoğanı fakt qarşısında qoydu. Belə vəziyyətdə Ərdoğanın iki alternativi var. Türkiyə Cumhurbaşqanı belə vəziyyətdə, ya bu səfəri təxirə salmalı, ya da Ağ Evdə Trampa izah etməlidir ki, kürdlərə silah vermək Türkiyə üçün təhdiddir. Ərdoğan Trampla görüşdən imtina etməyəcək, Ağ Ev sahibi isə Ərdoğanın xəbərdarlığını qulaqardına vuracaq. Qərar verilib və silahlar kürdlərə daşınır. Ümumiyyətlə, mənə elə gəlir ki, yaxın gələcəkdə Ərdoğan emissarlarını Suriyadakı silahlı kürdlərin liderləri ilə danışıqlara göndərəcək. Vaxtilə Ərdoğan İraqdakı peşmərgələrin lideri Məsud Barzaniyə də mənfi yanaşırdı. İndi isə Bərzani Ankarada yüksək səviyyədə qəbul olunur. Halbuki, o açıq bəyan edib ki, İraqın şimalında Kürdüstan dövləti yaradacaq”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений