Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tramp sevincini böyük hərflərlə yazdı: "Günahsızam"



ABŞ prezidenti Donald Tramp seçkiyə müdaxilə və Rusiya ilə əlaqələrinə dair Konqresin Alt Palatasında aparılan araşdırmanınn nəticələri elan edildikdən sonra  sevincini gizlətməyib. Cebhe.info xəbər verir ki, Tramp sosial şəbəkədəki hesabında özünün günahsız olduğunu bildirib. O, fikirlərini böyük hərflərlə yazaraq diqqətləri günahsız olduğuna çəkib.

“Nümayəndələr Palatasının komitəsi 14 aylıq uzun araşdırmadan sonra Trampın şirkətləri və Rusiya arasında əlaqə, eləcə də prezident seçkilərinə müdaxiləyə dair fakt tapa bilmədi",- deyə Tramp yazıb.

Cebhe.info xatırladır ki, 13 martda komitəyə rəhbərlik edən respublikaçı konqresmen Mayk Konuey araşdırma nəticələri barədə məlumat verib və bildirib ki, seçki kampaniyası ilə Rusiya arasında bağlantı tapılmayıb. Araşdırma nəticəsinin ilkin hesabatına demokratlar bu gün baxacaq.

Xəzər

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений