Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Trampa savaş elan etdi və... ABŞ-dan helikopterlər istədi



Hindistan ABŞ-dan “Sikorski S-70B” vertolyotlarını almaq haqqında düşünür.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Hindistanın “Defens Avieyşın Post” saytı yayıb. Sayt tərəflərin bu məsələni 6 iyulda iki ölkənin müdafiə və xarici işlər nazirləri arasında keçiriləcək görüşdə müzakirə edəcəklərini bildirib.

Rəsmi Dehlinin Vaşinqtondan ümumilikdə 2 milyard dollar dəyəri olan 24 vertolyot almağı planlaşdırdığı vurğulanıb. Hindistanın həmçinin ABŞ-da 12 ədəd P-8I dəniz patrul təyyarəsi almaq niyyətində olduğu da açıqlanıb.

Qeyd edək ki, son günlər Hindistanla ABŞ arasında hərbi-texniki əməkdaşlıq genişlənib. Xüsusən bu istiqamətdə aktivlik ABŞ-ın Hindistanın əsas hərbi ticarət ortağı olan Rusiyanın hərbi şirkətlərinə sanksiyalar tətbiq etməsindən sonra yaranıb.

Hindistan bundan öncə ABŞ-ın polad və alüminium idxalına əlavə rüsumlar tətbiq etməsini tənqid edib. Dehli buna cavab olaraq, 30-a yaxın ABŞ məhsuluna gömrük rüsumlarını yüksəldib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений