Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Trampdan növbəti İran açıqlaması - “Xalq böyük dəstək görəcək”



İranda davam edən etiraz aksiyaları ilə bağlı danışan ABŞ prezidenti Donald Tram daha bir açıqlama yayıb. 

“Qafqazinfo”  xarici KİV-ə istinadən xəbər verir ki, Amerika lideri tvitter hesabından növbəti qalmaqallı paylaşıma imza atıb. 

O, iranlılara dəstək olacağını bildirib: “İran xalqı uyğun vaxtda ABŞ-dan böyük dəstək görəcək”.

Qeyd edək ki, Tramp əvvəlki paylaşımında aksiyalara münasibət bildirərək bunu "vətəndaşların barışcıl protestosu" adlandırıb:

"Rejimin korrupsiya əməllərindən və ölkənin varlığının xaricdə terrorizmə sərf edilməsindən bezən İran vətəndaşlarının barışcıl protestoları ilə bağlı məlumatlar gəlir. İran hakimiyyəti özünü ifadə etmək haqqı da daxil olmaqla öz xalqının haqlarına hörmətlə yanaşmalıdır. Dünya bu prosesi izləyir". 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений