Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Trampın diktatora jesti: Yaponiyanı narazı saldı



ABŞ-ın Koreya yarımadasında Cənubi Koreya ilə birgə hərbi təlimlərdən imtina etməsi Yaponiyada etirazla qarşılanıb.

Cebhe.info xəbər verir ki, Yaponiya müdafiə naziri Yuçinori Onodera ABŞ prezidenti Donald Trampın bununla bağlı qərarında analaşılmazlıq olduğuna ümid etdiyini bildirib. Nazir "Biz Yaponiya, ABŞ və Cənubi Koreya arasında anlaşmaya nail olmaq istəyirdik",- deyə vurğulayıb. 

ABŞ-ın bölgədəki mövcudluğunun “həyati əhəmiyyət” daşıdığını deyən yaponiyalı nazirin fikrincə, bu, Şərqi Asiya üçün olduqca önəmlidir. 

Yaponiyalı nazir ölkəsinin ABŞ-la hərbi təlimlərin bundan sonra da davam edəcəyini bildirib. Eyni zamanda, Şimali Koreya tərəfindən ballistik raket hücumuna qarşı müdafiənin gücləndirilməsində Yaponiya ABŞ-la əməkdaşlığa ümid edir. 

Xatırladaq ki, Donald Tramp Cənubi Koreya ilə birgə hərbi təlimlərdən imtina qərarını dünən Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra açıqlayıb. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений