Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Transseksual sayılmayan qadın kimi kişilər - FOTOLAR



Dünya xalqlarının müxtəlif adət-ənənələri var. Bunlardan bəziləri isə digər xalqlara qəribə görünür. 

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, Samoa adlı ölkədə çox ilginc ənənə var. 

Ada dövlətdə indiyədək davam edən adətə görə, qız uşağı olmayan ailələrdə oğlanların birini uşaq vaxtlarından qız kimi böyüdürlər. Onun işi evi təmizləmək, məişət işləri görmək olur. Kiçik yaşlarından özünü qadın kimi hiss edən oğlanlar böyüyəndə də bunu davam etdirirlər. 

Bu cür oğlanlar "Faafafine" adlanır. Yerli dildə bu söz "qadın kimi" mənasında işlənilir. "Qadın kimi"lərdən sonradan əməliyyat yolu ilə tam qadına çevrilənlər də az deyil. Lakin yerli əhali bu halın adət-ənənələrinə uyğun yarandığı səbəbilə "Faafafine"ləri transseksual saymır. 

Xarici ölkələrdə bu vəziyyətdən xəbər tutanlar Samoanı "gey cənnəti" adlandırıblar. Bundan sonra adada seks turizmi də inkişaf edib, bununla da bəzi yoluxucu xəstəliklər yayılıb. Vəziyyətin gərginləşdiyini görən yerli hökümət orqanları eynicinslilər arasında cinsi-əlaqəni qadağan edib.

Ölkədəki ağır iqtisadi vəziyyət səbəbi ilə qadınlaşmış kişilər Avstraliya və Yeni Zellandiyaya gedib bu "işlərini" davam etdirirlər. 

Məcid
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений