Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tural İrfan: “AXCP olaraq itirdiyimiz bir şey olmadı”



“Ölkədə keçirilən prezident seçkilərində Razi Nurullayevin namizədliyi ilə iştirak etdik. AXCP olaraq amalımız, məqsədimiz seçkini boykot etmək yox, xalqın inamını doğrultmaq, fikir və təkliflərimizi xalqa çatdırmaqla yanaşı, ölkədə sivil və normal siyasətin əsasını qoymaq idi. Bu xüsusda Yeni Başlanğıcın təməli qoyuldu”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Tural İrfan deyib.

O qeyd edib ki, seçkidə namizəd Razi Nurullayevin neçənci yerdə qərar tutmasının fərqi yoxdur:

“Çünki bizim amalımız yer uğrunda mübarizə yox, istəklərimizin, təklif və siyasətimizin qələbəsidir. Onsuz da birinci olmadıqdan sonra hansı yerdə adının olub-olmaması elə də böyük əhəmiyyət daşımır. İgid harada otursa, baş oradır. Bizim mübarizəmiz kreslo deyil, xalqa xidmətdir. Xalq da bizi tanıdı və qəbul etdi. Biz amalımızla, məqsəd və məramımızla qalibik. Partiyamızın qeydiyyata alınmaması və xalqın qara müxalifəti boykot etməsinin təsiri nəticəsində Razi Nurullayevin seçicilərinin əksəriyyəti səslərini hazırkı dövlət başçısına verdilər. Hər bir halda AXCP olaraq itirdiyimiz bir şey olmadı, əksinə xalqımızın inamını, rəğbətini qazandıq. Seçkidə iştirakımız indiki halda bir qələbədir. Görüşlərimizdə xalqın bizə etimadı, rəğbəti, sevgisi, inamı və ümidi açıq hiss olundu. Xalqın rifahı naminə irəli sürdüyümüz təkliflər müsbət qarşılandı. İkinci mərhələdə bu təkliflərin icrasına çalışacağıq. Partiya olaraq borcumuz seçkidə iştirak etmək idi, onu da etdik. Nəticə isə bizdən asılı olmayan məsələdir. İnanıram ki, Razi Nurullayevin siyasi baxışları, təklifləri, xalqın inamını qazanması millətimizdə böyük oyanış yaratdı və yeni bir başlanğıcın əsasını uğurla qoya bildi. Ən əsası odur ki, bu başlanğıcın bünövrəsini sağlam qoyduq. Razi Nurullayevi digər namizədlərdən fərqləndirən cəhətlərdən biri də onun dolğun təklifləri oldu. İnanıram ki, bu qələbə bizim qələbəmizdir. Ən əsası təkliflərimizi və siyasi xəttimizi tam olaraq xalqa çatdırdıq”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений