Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tural İrfan: "Suriya düyünü" Əsədin gedişi ilə açılacaq"



Yaxın Şərqdə geosiyasi proseslərin intensivliyi azalmır. Suriyada silahlı toqquşmaların şiddəti artır. Bir sözlə vəziyyət gərgin müstəvidədir. 

AXCP sədrinin müavini, ilahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında Suriya probleminin şəxsən Əsədin gedişi ilə həll olunacağı qənaətindədir. 

O, qeyd edib ki, Suriyada uzanan problemə səbəbkar məzhəbçi müsəlman dövlətləridir. İran şiə islamının dayaqlarını möhkəmlətmək üçün Suriyanı əldən vermək istəmir:  

“Türkiyə də sünni islamın bərqərar olması üçün çalışır. Konkret olaraq Osmanlı-Səfəvi kini bu müstəvidə təzahür edir. Minlərlə körpənin qətlinə səbəb olan lider indən belə sülh təmsilçisi obrazına girə bilməyəcək. İmam Həsən xilafəti Muaviyyə bin Əbi Sufyana dövr etdi ki, qan tökülməsin. Ancaq bu gün Əsəd və onu müdafiə edənlər Muaviyyənin siyasətini yürüdürlər. Əsədin qalması Suriya dövləti ilə yanaşı, islam dünyasını da zəiflədir. İslam aləmində dini radikallığın artması və terrorun ətrafa yayılmasına zəmin daha da çox yaranır ki, bu da Əsəd rejiminin mövcudluğunun nəticəsidir. Amerika müsəlman qanının tökülməsində maraqlı olduğu üçün uzun müddət qantökən Əsədin varlığına göz yumdu. Həmçinin, İsrail üçün Suriyada başın qarışması  Qüdsü paytaxt etməsi kimi fürsətləri ona verdiyi baxımından əlverişli idi. Artıq  sahib olacaqlarına Əsəd vasitəsi ilə nail oldular. Əsədi müdafiə edənlər dolayı yolla İslam dininin və müsəlmanların kifayət qədər məhvinə yardımçı oldular. Beləliklə də Əsədin sonu gəldi. Əsəd üzü sulu getsəydi həm canını, həm dı müəyyən qədər onu saxlayan qüvvələrin maraqlarını qoruya bilərdi. İndi isə tam arxayınlaşdığı, müharibədə iştirak edən tərəflərin bezdiyi bir zamanda, eləcə də  istəklərinə nail olaraq Əsədin varlığında maraqlı olmadıqları bir dövrdə onu Amerikanın haqlaması məğlubiyyət yox, fəlakətdir. Rusiya isə daxilən peşmandır. İranın yalvarışları və Əsədin boğaz çəkməsi ilə müharibəyə qoşulan Rusiya öz çıxarlarını uzun illər onu bu işə qol qoyduranlardan sağacaq. 

İlahiyyatçı hesab edir ki, Rusiya gələcəkdə Suriyada qurulan hakimiyyətlə də lazımi əlaqələri bərpa edəcək: 

“Nəticə isə Əsədin getməsi ilə regionda sabitliyin bərpası olacaq. Bir çox terror təşkilatlarının zəifləməsi, Səudiyyə və İran arasında gərginliyin azalması və Yəmən hərbinin dinməsi də baş verə bilər. Əsədin qalması üçün yeni münaqişə ocağına Səudiyyə və koalisiyyasının başını qatmaq üçün İran tərəfindən alovlandırılan Yəmən savaşının susması bilavasitə Əsədin getməsinə bağlıdır. Əslində İranın və Rusiyanın Əsəd kökümətini bu qədər müdafiə etməsi Amerika və İsrailin maraqlarına, hətta siyasətinə xidmət etmiş oldu”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений