Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə 17 yanvarda qərar verəcək: Afrinin mühasirəyə alınması gözlənilir



Amerika Birləşmiş Ştatlarının (ABŞ) PYD/YPG-ni sərhəd mühafizəsi üçün hazırlaması təhlükəsizlik riskini daha da artırıb. Təhlükəsizlik məqsədilə Afirinə girən Türkiyə Silahlı Qüvvələri 4 tərəfli mühasirə qurub.

Cebhe.info xəbər verir ki, bu haqda Türkiyə mətbuatı yazıb. 

Türkiyə mətbuatının yazdığına görə, Suriyanın İdlib bölgəsində yaşanan hadisələr yenidən müharibə riskini artırır.

İdlibdə yaşananlar Türkiyənin “Fırat Qalxanı” ilə başladığı hərakatın genişləndirilməsi gündəmə gəlib. 

Qeyd edək ki, Suriyada PYD/YPG terrorçularına qarşı aparılan hava hücumlarının Türkiyənin təşkil etdiyi düşünülürdü. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra məsələyə aydınlıq gəldi. Rusiya prezidenti açıqlamasında hava hava hücumlarını Türkiyənin təşkil etməyini dilə gətirdi.

Türkiyənin İdlibdə hərbi hərəkətliliyini artırıb-artırmamasına isə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) 17 yanvarda qərar verəcəyi gözlənilir.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений