Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə 32 şəhid verib: Afrin hesabatı



Türkiyə Silahlı Qüvvələri Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında üzləşdiyi itkiləri açıqlayıb. 

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, TSQ əməliyyat zamanı 32 şəhid verib, 183 yaralısı var. 

TSQ əməliyyatla bağlı yaydığı açıqlamada sadə vətəndaşların zərər görməməsi üçün döyüş planlaşdırılmasına xüsusi önəm verildiyini bildirib. Məqsədin yalnız bölgədə olan terror ünsürlərini təmizləməkdir. Məlumatlara görə, bu günə qədər Afrində terrorçulara məxsus 782 hədəf məhv edilib. 

Son olaraq vurğulanıb ki, TSQ-nın əməliyyatlarına havadan dəstək verilir və “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilir. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений