Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Türkiyə çempionatı Azərbaycanda nə vaxt yayımlanacaq? - AÇIQLAMA



“Türkiyə çempionatının oyunlarını yayımlamağımız haqda müqavilə imzalanıb. Sadəcə, texniki məsələlərə görə hələ yayıma başlaya bilməmişik”.

Bu sözləri apasport.az saytına açıqlamasında “CBC Sport” telekanalının baş redaktoru Şəmsəddin Abbasov deyib.

Sentyabrın 7-də Türkiyə Superliqasının oyunlarının “CBC Sport” kanalı ilə nümayiş olunacağı haqda məlumat yayılmışdı. Bunu kanalın rəhbəri Volkan Üst açıqlayaraq, həftədə 2 görüşün canlı yayımlanacağını bildirmişdi. Lakin həmin vaxtdan 12 gün keçsə də, hələ yayıma başlanılmayıb.

Məsələ haqda danışan Abbasov hazırda texniki problemləri yoluna qoymağa çalışdıqlarını bildirib: “Məsələ həll olunan kimi, Superliqanın oyunları “CBC Sport”da göstəriləcək. Yayıma konkret olaraq, nə vaxt başlayacağımızı deyə bilmərəm. Hər şey texniki məsələlərin həll olunmasından asılıdı. Problem bu günlərdə yoluna qoyulsa, elə bu həftə də yayıma başlaya bilərik”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений