Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə fikrini dəyişdi: Avropadan müdafiə sistemi alır



Türkiyə hava hücumundan müdafiə sistemi almasına dair fikrini dəyişib. Artıq bu sövdələşmə Rusiya ilə yox, İtaliya və Fransa ilə olacaq. 

Cebhe.info xəbər verir ki, bunu NATO-nun baş katibi, general Yens Stoltenberq deyib. Bu gün keçirdiyi brifinqdə Stoltenbreq qeyd edib ki, söhbət zenit-raket kompleksi olan “SAMT-T”dən gedir. Ankara bununla yanaşı ABŞ-la “Patriot”ların alınmasını da müzakirə edir.

Alyans Türkiyəyə sözügedən zenit-raket kompleksini almağı Rusiya ilə C-400"Triumf" alınmasına dair müqavilə bağladıqdan sonra təklif edib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan C-400 alınmasına dair qətiyyətini dəfələrlə vurğulayıb. 

Baxmayaraq ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений