Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Türkiyə kanalından Bakıya müəmmalı qadağa



“CBC Sport” telekanalı futbol üzrə Türkiyə Super liqasının oyunlarını canlı yayımlaya bilməyəcək.

Axar.az xəbər verir ki, kanal bu barədə rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Türkiyə Super liqasının oyunlarının rəsmi yayım hüququna malik “DigiTürk” şirkətinin birtərəfli istəyinə əsasən, “CBC Sport” ilə bu qurum arasında müqaviləyə xitam verilib:

“DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin bağlanmasında vasitəçi “Saran Holding” şirkəti əməkdaşlarına müəmma olaraq qalır”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Super liqasının oyunlarının “CBC Sport” kanalında canlı yayımlanması ilə bağlı xəbər yayılmışdı.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений