Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə kəşfiyyatı Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib



Türkiyə xüsusi xidmət qurumları prezident Rəcəb Tayyip Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib.

İnsidentin prezidentin Balkan ölkələrinə səfəri zamanı baş verə biləcəyi bildirilir. APA-nın xəbərinə görə, TRT telekanalı öz mənbələrinə istinadən bildirib ki, sui-qəsdin hazırlanması barədə məlumatı ilk olaraq Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən əldə edib.       

Məlumata görə, sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb.

Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.

Qeyd edək ki, Türkiyə prezidenti bu gün Bosniya və Herseqovinaya səfər edəcək.  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений