Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə lirəsinin taleyi necə olacaq? - İqtisadçı rəyi



2018-ci ilə ABŞ dolları qarşısında 3,79 məzənnəsi ilə başlayan Türkiyə lirəsi 22,7% dəyər itirərək hazırda 4,65-ə düşüb.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib. 

O, qeyd edib ki, lirənin 5 ay ərzində dəyərinin 1/4-i qədər devalvasiyaya uğramasını ölkədə iqtisadi qeyri-sabitliyin əsas indikatoru hesab etmək olar. Səbəb son dövrlər emosional, dayanıqlığı təmin edən institutların mövqeyini zəiflədən və buna görə də investorları çəkindirən iqtisadi-siyasətin yürüdülməsidir:

"Erkən seçki qərarı və seçkidən sonra mövcud hakimiyyətin mövqeyinin güclənməsi ehtimalı investorları ehtiyatlı olmağa sövq edir. Artıq Rusiyanın ən böyük bankı olan Sberbank Türkiyənin 5-ci ən böyük bankı olan törəmə müəssisəsini - Denizbankı ərəblərə dəyərindən ucuz sataraq bazarı tərk edir. Səbəb kimi Türkiyədə rəqabətin sərtləşməsi və ölkə bazarında işləməyin çətinliyi göstərirlir. Erkən seçki qərarı bazarda gərginliyi daha da artırıb, lirə təkcə may ayında dəyərini 13,6% itirib və hökumət bazara ciddi müdaxilə etməsə, investorları sakitəşdirəcək mesajlar ötürməsə ən azı seçki günününə qədər ucuzlaşma davam edəcək".

Lirənin ucuzlaşmasının səbələrinin tədiyyə balansında aydın göründüyünü vurğulayan ekspert bildirib ki, 2018-ci ilin 1-ci rübündə birbaşa investisiyalar 9,4% azalaraq $181,5 milyarddan $164,5 milyarda düşüb: "Portfel investisiyalarında da azalma qeydə alınıb - (0,5%). Türkiyə banklarının xarici ölkələrdəki depozitləri 6%-dən çox azalıb. Cari hesablar balansında da vəziyyət pisləşib. Təkcə malların xarici ticarətdə kəsir 1 il ərzində (I rüb 2017 – I rüb 2018) $8,5 milyarddan $17,2 milyarda qədər artıb. Xidmətlər balansının müsbət saldosu cari hesablar balansının 2 dəfə azalmasının qarşısını ala bilməyib. Tədiyyə balansının pisləşməsi rəsmi valyuta ehtiyatlarını da əridib. Təkcə mart ayından rəsmi ehtiyatlar $ 4,3 milyard azalıb. Halbuki yanvar ayında $4,3 milyard artım qeydə alınmışdı".

Onun sözlərinə görə, bu Türkiyə iqtisadiyyatına ümumi baxışdır. İqtisadi dayanıqlığı daha dəqiq və detallı qiymətləndirmək üçün maliyyə sesktorundan tutmuş real sektora qədər olan sahələr nəzərdə keçirilməlidir: "Ancaq ölkənin beynəlxalq investisiya mövqeyindəki pisləşmə meylləri iqtisadi təhlükələrin ilkin simptomlarını göstərir. Lirənin ucuzlaşması Türkiyə ixracının rəqabət qabiliyyətini artırsa da ölkə investisiya cəlbində çətinliklərlə üzləşə bilər. Digər tərəfdən də kapital axını milli valyutanının sabitliyini təhlükə altına alır. Türkiyəyə investisiya yatırmış Azərbaycan da bu ölkədə iqtisadi sabitliyin olmasında maraqlıdır. Ancaq iqtisadi qərarların verilməsində mövcud yanaşmalara korrektələr edilməsə Türkiyə iqtisadiyyatını qarşıda ağır dövr gözləyir".

E.Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений