Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə 2023-ə kiminlə gedəcək?



Türkiyədə prezident seçkilərinə sayılı günlər qalıb.

Bu arada namizədlərin gərgin mübarizəsi isə davam edir. Ölkənin əsas siyasi partiyaları rəsmi olaraq prezidentliyə namizədlərini açıqlayıb. Həmin namizədlər Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Cumhuriyyət Xalq Partiyasından (CHP) Muharrem İncədir. Prezident kürsüsü uğrunda 6 nəfər yarışır. Prezidentliyə digər namizədlər Vətən Partiyasının 75 yaşlı lideri Doğu Perinçek, İyi Partiyanın 61 yaşlı lideri Maral Akşener, Səadət Partiyasının 75 yaşlı lideri Təməl Qaramollaoğlu və Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaşdır. 45 yaşlı Səlahəddin Dəmirtaş hazırda həbsdədir.

Türkiyədə namizədlərin sayının çox olmasına baxmayaraq, seçki marafonunda iki namizəd ön yerlərdədir. Belə ki, onlar iqtidar tərəfin namizədi - AKP və MHP koalisiyasının dəstəklədiyi Rəcəp Tayyip Ərdoğandır. İkinci namizəd isə müxalifətdən çıxan yeni bir qüvvə - İyi Partiyanın namizədi Meral Akşenerdir. Hər iki namizəd uğrunda ciddi rəqabət yaşanır. Amma proseslər bu seçkidə Ərdoğanın qələbəsinin gözlənilən olduğunu deyir. 

Siyasi şərhçilərin fikrincə, seçkilərdə Ərdoğana rəqib namizəd yoxdur. Əslində namizədlər prezident postuna iddialı olsalar da, onlar Ərdoğanın qalib gəlməsini istəyirlər. Çünki həm Türkiyənin daxilində, həm də regionda baş verən proseslər onu deməyə əsas verir ki, Türkiyə indiki vəziyyətdə dəyişikliyə hazır deyil. Həmin proseslərin qarşısını ala biləcək yeganə şəxs isə Ərdoğandır. Çünki Ərdoğan hər şeydən əvvəl zəngin dövlətçilik təcrübəsinə malikdir. Digər namizədlərin isə belə bir təcrübəsi yoxdur. Ona görə də yenidən prezidentlik kürsüsünə real namizəd Ərdoğan görünür. 

Maraqlıdır, Rəcəb Tayyib Ərdoğan seçkidə qalib gələrsə, ilk hədəfi nə olacaq? 

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Ərdoğanın başçılığı altında AKP-nin konkret 2023 və 2073-cü il hədəfləri var: “Bu hədəflər çərçivəsində yola davam edəcəklər. Əsas məqsəd iqtisadiyyatın gücləndirilməsi, Türkiyədə və ətraf ölkələrdə terrorun kökünün tamamilə kəsilməsidir. Bu proses daxilində artıq Türkiyə xarici ölkələrdən silah idxal edən bir ölkədən başqa ölkələrə silah ixrac edən bir ölkəyə çevriləcək. Yəni strateji hədəflərdən biri də budur. Düşünürəm ki, bu strateji hədəflər çərçivəsində Türkiyənin qlobal bir oyunçuya çevrilməsi planlaşdırılır. Yaxın illər çərçivəsində Ərdoğan Türkiyəni iqtisadi cəhətdən ən qüdrətli 10 ölkə sırasına daxil etməyi hədəfləyib. Fikrimcə, bu yöndə çox önəmli addımlar atılıbsa, bu hədəfə çatılacaq”.

Ərdoğanın Fətullah Gülənin ekstradisiyasını planlaşdırması məsələsinə gəlincə isə politoloq qeyd edib ki, bu məsələ ABŞ-la uzun müddətdir ki, müzakirə olunur: “Bəllidir ki, ABŞ çoxqütblü hakimiyyətdən ibarət bir dövlətdir. Yəni ilk növbədə ABŞ prezidenti Donald Tramp Gülənin Türkiyəyə ekstradisiya etməkdə maraqlı görünsə də, sonradan xüsusi xidmət orqanlarının rəhbərliyi onu bu fikirdən daşındırdılar. Çünki Gülənin Türkiyəyə təhvil verilməsi ABŞ-ın qlobal səviyyədə imicinə çox böyük zərbə vurardı. Yəni ABŞ-ın etibarlılığına çox ciddi zərbə dəyə bilərdi. Bu yöndə həqiqətən də ABŞ Tramp dönəmində çox sürətlə etibar itirməkdədir. AĞ Evin son belə bir addım İranla bağlanan Nüvə sazişindən ABŞ-ın çəkilməsi oldu.

Bundan sonra heç bir ciddi inkişaf etmiş ölkə ABŞ-la hər hansı bir anlaşma etməkdə maraqlı olmayacaq. Çünki artıq Trampın dönəmində ABŞ öz etibarını itirmiş bir ölkədir. Bunaadan əlavə onu da nəzərə almaq lazımdır ki, Gülənin bu seçkilərdən sonra Türkiyəyə təhvil verilməsinin o qədər də böyük bir əhəmiyyəti qalmayacaq. Güləni seçkilərə qədər Türkiyəyə gətirmək planlaşdırılırdı ki, bu məsələnin əsasını birbaşa siyasi məqsədlər daşıyırdı. Ən azından seçki təbliğatı üçün burada bütövlükdə şəbəkənin terror məsələsinin tamamilə aradan qaldırılması dururdu. Artıq son nöqtəyə gətirilmiş terror şəbəkəsinin başçısı Güləni Türkiyəyə gətirmək o qədər də strateji əhəmiyyət daşımayacaq”.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений