Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyədə 77 nəfər saxlanıldı – Aralarında azərbaycanlılar da var



Azərbaycanlıların da olduğu 77 nəfər xarici ölkə vətəndaşı qeyri-qanuni yolla Türkiyəni tərk etmək istəyərkən saxlanılıb.

Unikal.org xəbər verir ki, Türkiyənin Ədirnə vilayətindən qeyri-qanuni yolla xarici ölkəyə qaçmaq istəyən qaçaq və mühacirlər saxlanılıb.

Türkiyənin İl Jandarma Komandirliyi qrupları və Mexanik Piyada Briqada Komandirliyinin əməkdaşları tərəfindən vilayətin Keşan və Meriç rayonlarında daxil olan məlumat əsasında yoxlama həyata keçirib.

Yoxlamalar Suriya, İraq, Azərbaycan, Əfqanıstan, Fələstin, Tunis, Mərakeş və Əlcəzair əsilli 77 qaçaq və mühacir həyatı sürən şəxslər tutulub. Onların hər biri qeyri-qanuni yollarla Türkiyəyə gəliblər. Ordan da qeyri-qanuni yollarla Avropaya getmək istəyiblər. 

Saxlanılan şəxslər Ədirnə Miqrasiya İdarəsinə təhvil verilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений