Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyədən 5 milyardlıq TƏKLİF



Türkiyədən İraqa 5 milyardlıq təklif edilib.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqın yenidən qurulması üçün bu ölkəyə 5 milyard dollarlıq yardım təklif etdiyini açıqlayıb.

Küveytin təmsilçiliyi ilə İraqın yenidən qurulmasına həsr olunmuş beynəlxalq konfrans keçirilir və iki gün əvvəl başlayan konfransa 2 minə yaxın sərmayəçi qatılıb.

Konfransda Türkiyəni təmsil edən Çavuşoğlu İraqın yenidən qurulması üçün 5 milyard dollar kredit verə biləcəklərini bildirib. Bundan əlavə Küveyt və Qətər 1 milyard, BƏƏ və Almaniya 500 milyon, Səudiyyə Ərəbistanı isə 1,5 milyard dollar yardım vəd verib. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений